...

Azərbaycanda daha bir kütləvi zəhərlənmə olub

Hadisə Materials 28 Oktyabr 2010 17:05 (UTC +04:00)
Xudat rayon polis şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən gecə rayonun şadlıq evlərindən birində keçirilən toy mərasimindən sonra şəhər sakinləri zəhərlənmə diaqnozu ilə Xudat şəhər xəstəxanasına müraciət ediblər.
Azərbaycanda daha bir kütləvi zəhərlənmə olub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Xudat şəhərində kütləvi zəhərlənmə olub.

Xudat rayon polis şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən gecə rayonun şadlıq evlərindən birində keçirilən toy mərasimindən sonra şəhər sakinləri zəhərlənmə diaqnozu ilə Xudat şəhər xəstəxanasına müraciət ediblər.

İlkin məlumata görə, müraciət edənlərin sayı 30-dan artıqdır.

Şöbədən zəhərlənmənin nədən baş verdiyinin hələlik müəyyən olunmadığını bildiriblər.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xudat rayon Təcili Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya 31 nəfər qəbul edilib. Onların çoxu ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanada müalicə olanların isə həyati təhlükəsi yoxdur. Məlumatda bildirilib ki, zəhərlənənlərin ifadələrinə görə, onlar toyda verilən paytaxt salatından zəhərləniblər. Zəhərlənmənin dəqiq diaqnozu hələ ki məlum deyil.

İki gün öncə Ağcabədi rayonunda da xiyar turşusundan kütləvi zəhərlənmə qeydə alınmışdı. Zəhərlənmə nəticəsində iki nəfər ölmüş, 6 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.

Xəbər lenti

Xəbər lenti