...

Bakıda Liviya vətəndaşının mənzilindən oğurluq edilib

Hadisə Materials 19 Yanvar 2011 10:37 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 7-də İnşaatçılar prospektində yaşayan Liviya vətəndaşı Bu-Helqa Xalibin evindən qapını sındırma yolu ilə sənədlər, 70 manat, 200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.
Bakıda Liviya vətəndaşının mənzilindən oğurluq edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Liviya vətəndaşının mənzilindən oğurluq edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 7-də İnşaatçılar prospektində yaşayan Liviya vətəndaşı Bu-Helqa Xalibin evindən qapını sındırma yolu ilə sənədlər, 70 manat, 200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin və 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Riyad Rəhmətov yanvarın 18-də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti