Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Masallı rayonundakı partlayışla bağlı məlumat yayıb.
Trend-in nazirliyin İnternet saytına istinadən verdiyi məlumata görə, FHN-in "112" zəng mərkəzinə Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin çökməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələrinin mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
İlkin məlumata əsasən, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 4 nəfər xəsarət alıb.
Hazırda dağıntılar altında qalmış daha 1 nəfərin xilas olunması işləri davam etdirilir.