Azərbaycan, Bakı, 11 fevral /Trend/
Ermənistanda hərbi hissədə əsgər ölümü faktına görə dörd hərbçi saxlanılıb, Trend-in məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb.
1992-ci il təvəllüdlü əsgər Qevorq Kotinyan fevralın 7-də fövqəladə hadisə nəticəsində hərbi hissədə ölüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisəyə görə, əsgər Toran Suvaryan, Vaqe Aqadjanyan, həmçinin çavuş Markar Davtyan, baş leytenant Armen Rafaelyan saxlanılıblar.