...

"Fukusima-1" AES-də qara tüstüdən sonra radiasiyanın səviyyəsi 1,5 dəfə azalıb

Hadisə Materials 23 Mart 2011 17:47 (UTC +04:00)
Yaponiyanın qəzalı "Fukusima" AES-dəki radiasiyanın səviyyəsi çərşənbə günü üçüncü enerji bloku üzərində qara tüstü qalxmağa başladıqdan sonra 1,5 dəfə azalıb. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi Yaponiyanın Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyinə (NISA) istinadən məlumat verib. RİA Novosti yazır.
"Fukusima-1" AES-də qara tüstüdən sonra radiasiyanın səviyyəsi 1,5 dəfə azalıb

Yaponiyanın qəzalı "Fukusima" AES-dəki radiasiyanın səviyyəsi çərşənbə günü üçüncü enerji bloku üzərində qara tüstü qalxmağa başladıqdan sonra 1,5 dəfə azalıb. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi Yaponiyanın Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyinə (NISA) istinadən məlumat verib. RİA Novosti yazır.

NISA-nın məlumatına görə, tüstüdən iki saat əvvəl AES-də radiasiyanın səviyyəsi saatda 435 mikrozivert olub, üçüncü reaktorun tüstülənməsindən sonra fon saatda 283,7 mikrozivertə düşüb.

Mütəxəssislər qeyd edirlər ki, hər iki göstərici qəzadan sonra AES-də müşahidə edilən radiasiya səviyyəsini ötür.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 21 mindən çox insan həlak olub və ya itkin düşüb. Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Fukusima-1"də birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar baş verib. Sonradan emal edilən nüvə yanacağının saxlanması üçün istifadə edilən AES-in dördüncü blokunda da partlayış və bir neçə dəfə yanğın baş verib.

AES-də bir neçə radiasiya sızması qeydə alınıb. Bu, hakimiyyəti AES ətrafındakı 20 kilometr zonadan insanları təxliyyə, eləcə də 30 kilometr radiusda stansiya üzərində uçuşları qadağan etməyə məcbur edib. Sonradan Yaponiyanın bir sıra rayonlarında radioaktiv elementlərin aşkar edilməsi barədə məlumat yayılıb.

Xəbər lenti

Xəbər lenti