...

Bakıda iki avtomobilin toqquşması piyadanın ölümünə səbəb olub

Hadisə Materials 6 Aprel 2011 12:08 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, qəza zamanı yolu keçən piyada həlak olub.
Bakıda iki avtomobilin toqquşması piyadanın ölümünə səbəb olub

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, qəza zamanı yolu keçən piyada həlak olub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 5-i saat 19:20 radələrində Yeni Günəşli qəsəbəsində Balakən rayon sakini İntiqam Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər sakini Pərviz Əhmədovun idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Nəticədə "Toyota" markalı avtomobil yolu keçən piyada - Bakı şəhər sakini Rahilə Dadaşovanın üstünə aşıb və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti