...

Azərbaycan Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 11 Aprel 2011 14:42 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sərhəd Xidməti İranla sərhəddə baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

Xidmətin mətbuat mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, İran İslam Respublikası ilə sərhəd olan Yardımlı rayonu ərazisində naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd göstərib.

Azərbaycan sərhədçiləri tərəfindən dayanma əmrinə tabe olmayan sərhəd pozucusuna sərhədçilər atəş açmaq məcburiyyətində qalıblar.

Nəticədə sərhədpozucusu aldığı güllə yarasından dünyasını dəyişib. Araşdırma zamanı onun Yardımlı rayon sakini Cəfər Cəfərov olduğu müəyyənləşib.

Xidmətdən bildirilib ki, Cəfərov sərhədçilər tərəfindən 3 dəfə saxlanılıb və barəsində müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti