Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Əvvəllər məhkum olunmuş şəxs silah satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Gənсə şəhər sakini, əvvəllər məhkum olunmuş Tariyel Həsənov 1 ədəd nömrəsi silinmiş avtomat silahı, 1 ədəd güllə darağını və 12 ədəd gülləni satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.