Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Cəlilabad rayonunda 3 nəfər göldə boğulub.
Rayon prokurorunun müavini Arif Sadıxov Trend-ə bildirib ki, rayonun kənarında Mişarçay üzərindəki süni göldə çimən 1998-ci il təvəllüdlü Elşən Alışanlı, 1998-ci il təvəllüdlü Asif Zahidov və onun qardaşı 2001-ci il təvəllüdlü Məqsəd boğularaq ölüb.
Sadıxovun sözlərinə görə, gənclər rayondakı güləş məktəbində məşqdən qayıdarkən çimmək üçün gölə giriblər.
Onlardan biri boğulduğundan digər iki nəfər onu xilas etmək istəsə də, özləri də göldə boğulublar.
Gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda 3 nəfər göldə boğulub
Rayon prokurorunun müavini Arif Sadıxov Trend-ə bildirib ki, rayonun kənarında Mişarçay üzərindəki süni göldə çimən 1998-ci il təvəllüdlü Elşən Alışanlı, 1998-ci il təvəllüdlü Asif Zahidov və onun qardaşı 2001-ci il təvəllüdlü Məqsəd boğularaq ölü
