...

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri sabah Bakıya gətirilə bilər

Hadisə Materials 23 İyul 2011 12:02 (UTC +04:00)
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri sabah Bakıya gətirilə bilər.
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri sabah Bakıya gətirilə bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir S.Ağayeva/

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri sabah Bakıya gətirilə bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov məlumat verib.

"Yaxın saatlarda hazırda Kabildəki xəstəxanalardan birində olan ekipaj üzvləri meyitlərinin vətənə gətirilməsi üçün Azərbaycan təyyarəsi Kabilə göndəriləcək. Onlar ən geci sabah Bakıya çatdırıla bilərlər", - səfir deyib.

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin tanınması üçün DNT ekspertizasının aparılması məqsədilə həlak olanların qohumlarından analizlər götürülür. Trend-in məlumatına görə, bu barədə şənbə günü hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının üzvü Adil Qasımov bildirib.

DNT ekspertizası nəticəsində tanınması mümkün olacaq cəsədlər qohumlarına veriləcək. Tanınması mümkün olmayanlar itkin düşmüş elan ediləcəklər", - "Silk Way" aviaşirkəti direktorunun müşaviri olan Qasımov deyib.
Onun sözlərinə görə, ekipaj üzvlərinin meyitləri yaxın vaxtlarda Bakıya gətiriləcək.

Dünən axşam Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliyinin nümayəndəsi Trend-ə bildirib ki, Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb və onlar hazırda Kabil şəhər xəstəxanasındadırlar.

9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti