...

Kolımada An-12-nin qalıqları tapılıb, göyərtədə olan 11 nəfər həlak olub

Hadisə Materials 9 Avqust 2011 15:05 (UTC +04:00)
Axtarış qrupu Maqadanın Omsunçan qəsəbəsinin 200 kilometrliyində bazar ertəsi radar ekranlarından itən An-12 təyyarəsinin qalıqlarını tapıblar
Kolımada An-12-nin qalıqları tapılıb, göyərtədə olan 11 nəfər həlak olub

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Axtarış qrupu Maqadanın Omsunçan qəsəbəsinin 200 kilometrliyində bazar ertəsi radar ekranlarından itən An-12 təyyarəsinin qalıqlarını tapıblar. İlkin məlumata görə, 11 nəfərin hamısı həlak olub. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, təyyarənin qalıqları Culyetta mədəni rayonunda tapılıb.

"İlkin məlumata görə, qəzada 11 nəfər - 9 ekipaj üzvü və 2 sərnişin həlak olub", - prokurorluqdan bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq Regional Mərkəzinin mətbuat xidməti məlumatı təsdiqləməyib.

Xəbər lenti

Xəbər lenti