...

Filippində tufan nəticəsində 22 nəfər ölüb, 12 nəfər itkin düşüb

Hadisə Materials 30 Avqust 2011 14:53 (UTC +04:00)
Filipinin qədim paytaxtı Mikroneziyanın şərəfinə adlandırılan "Nanmadol" tufanı 22 nəfərin həyatına son quyub, daha 12 nəfər isə itkin düşüb.
Filippində tufan nəticəsində 22 nəfər ölüb, 12 nəfər itkin düşüb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Filipinin qədim paytaxtı Mikroneziyanın şərəfinə adlandırılan "Nanmadol" tufanı 22 nəfərin həyatına son quyub, daha 12 nəfər isə itkin düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Frans Press" agentliyi yerli hakimiyyətə istinadən xəbər verib.

Məlumata görə, leysan yağışların yağması səbəbindən zibil tullantılarının olduğu dağdan bir yarım ton zibilin yerə tökülməsi nəticəsində 3 nəfər həlak olub, 1 nəfər itkin düşüb.

Bazar ertəsi KİV 16 nəfərin həlak olması barədə məlumat vermişdi.

Hazırda "Nanmadol" Çinin şərq əyaləti Fuszyana yaxınlaşır. "Sinxua" agentliyinin məlumatına görə, tufanın təhlükə kateqoriyası tropik qasırğa kateqoriyasınadək azalıb. Çini Tayvan adası ilə birləşdirən gəmi xəttinin işi dayandırılıb, bir neçə aviareys ləğv edilib. Yerli hakimiyyət 41 nəfərdən ibarət xilasedici dəstələr yaradıb.

Hər il yağış mövsümündə iyun ayından dekabradək Filippin arxipelaqında 20-ə yaxın qasırğa və tufan olur.

İyulun sonunda Filippin "Xuanin" tropik qasırğasına məruz qalmışdı. Təbii fəlakət nəticəsində həlak olanların sayı 24-ə çatmışdı.

Ölkədə fəlakət qurbanlarının sayına görə rekord göstərici 1991-ci ildə baş verən tufana aiddir. Tufan Filippinin Leyte adasının 6 min sakininin həyatına son qoymuşdu.

Xəbər lenti

Xəbər lenti