...

Kopenhagendə məscidə atəş açılıb: bir nəfər ölüb, digəri yaralanıb

Hadisə Materials 30 Avqust 2011 15:40 (UTC +04:00)
Danimarkanın paytaxtı Kopenhagendə çərşənbə axşamı səhər naməlum şəxslər məscidə atəş açıblar.
Kopenhagendə məscidə atəş açılıb: bir nəfər ölüb, digəri yaralanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Danimarkanın paytaxtı Kopenhagendə çərşənbə axşamı səhər naməlum şəxslər məscidə atəş açıblar. Nəticədə 1 nəfər ölüb, bir nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Associated Press" Danimarka polisinə istinadən xəbər verir.

Hadisə şəhərin qərb hissəsində Müsəlman Mədəniyyəti İnstitutunun məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra baş verib.

Danimarka telekanalı şahidlərə istinadən məlumat verir ki, məsciddən çıxanlara atəş yoldan keçən avtomobildən açılıb.

Təfərrüatlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti