...

Ağcabədidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 14 Sentyabr 2011 12:26 (UTC +04:00)
Ağcabədinin Qaradolağ kəndi istiqamətində gedən yolda qəza baş verib.
Ağcabədidə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Ağcabədinin Qaradolağ kəndi istiqamətində gedən yolda qəza baş verib.

Ağcabədi rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, içərisində əkin sahəsinə gedən adamların olduğu bildirilən "QAZ-53" markalı yük maşınının aşması nəticəsində azı iki nəfər ölüb, 17 nəfər yaralanıb.

Ağcabədi RPŞ-nin müstəntiqi Mehman Həsənovun Trend-ə verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti