Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Abşeronun Qobu qəsəbəsində yaşayış evində ölümlə nəticələnən yanğın olub.
Abşeron rayon prokurorluğundan şənbə günü Trend-ə verilən məlumata görə, ötən gün gecə saatlarında yaşayış evində yanğın olub. İlkin məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq ölüb.
Prokurorluqdan bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində işləyirlər. Yanğının səbəbləri və nəticələri barədə hələlik dəqiq məlumat verilmir.
Abşeronda yaşayış evində yanğın olub, ölən var
Abşeronun Qobu qəsəbəsində yaşayış evində ölümlə nəticələnən yanğın olub.
