...

Gəncədə üç qardaşı bıçaqlayan şəxs saxlanılıb

Hadisə Materials 8 Oktyabr 2011 13:14 (UTC +04:00)
Gəncədə üç qardaşı bıçaqlayaraq qaçan şəxs yaxalanıb. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Gəncədə üç qardaşı bıçaqlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Hacıyev/

Gəncədə üç qardaşı bıçaqlayaraq qaçan şəxs yaxalanıb. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gəncənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Yalçın Əhmədova, onun qardaşları Şahinə və Tapdığa bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Asəf Bağırov tutulub.

Araşdırmalar zamanı hadisə baş verərkən Şahinin tüfənglə Bağırovun istiqamətində atəş açması müəyyən edilib və onun evinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti