Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranın Fars körfəzində yerləşən neft buruqlarından Əsəluə limanına tərəf hərəkət edən gəmi limanın yaxınlığında batıb. Bu barədə Trend İranın İRİNN telekanalına istinadən məlumat verir.
Məlumata əsasən, gəmidə olan 72 sərnişindən 55 nəfəri xilas olunub, 5-nin meyiti sudan çıxarılıb, 12 nəfər isə itkin düşüb. Hazırda vertolyotlar və gəmilər vasitəsilə hadisə yerində axtarışlar davam etdirilir. FARS agentliyinin məlumatına görə, gəmi İranın "Pars" neft-qaz şirkətinə məxsus olub və "Cənub Pars" yatağına işçiləri və avadanlıqlar aparırmış.
FARS agentliyinin məlumatına görə, itkin düşmüş 12 nəfərdən 6-sı Hindistan və biri isə Ukrayna vətəndaşıdır.
Hadisə dünən axşam baş verib.