...

Bakıda yük maşını minik avtomobili ilə toqquşub

Hadisə Materials 27 Oktyabr 2011 11:42 (UTC +04:00)
Bakının Xəzər rayonunda "Kamaz" markalı yük və "Land Rover" markalı minik avtomobili toqquşub.
Bakıda yük maşını minik avtomobili ilə toqquşub

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xəzər rayonunda "Kamaz" markalı yük və "Land Rover" markalı minik avtomobili toqquşub.

Trend-in cümə axşamı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, qəza zamanı hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, minik avtomobilinin sərnişini həlak olub, sürücü isə yaralanıb.

Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakının Nərimanov rayonunda isə "BMW" markalı minik avtomobili səkiyə çırpılıb.

Nəticədə, sürücü yaralanaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti