...

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 150-dən çox şəxsi saxlayıblar

Hadisə Materials 11 Noyabr 2011 15:01 (UTC +04:00)
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 153 nəfəri saxlayıblar.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 150-dən çox şəxsi saxlayıblar

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir M. Əliyev/

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 153 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən cümə günü Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Oktyabr ayı ərzində 49 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 87 nəfər saxlanılıb.

Sərhəd nəzarət məntəqələrində 42 halda 80 nəfər saxta sənədlə keçməyə cəhd edərkən saxlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 5 halda 3,5 kiloqramadək narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Oktyabr ayında sərhədçilər 71 halda ümumi dəyəri 202 min manatdan artıq qaçaqmal saxlayıblar.

Respublikanın dəniz sərhədlərində dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 35 halda 111 nəfər sərhəd rejim pozucusu saxlanılıb.

Dənizdən 32398 metr tor, 32425 ədəd qarmaq, 10 ədəd qayıq, 3 ədəd mühərrik aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti