...

Türkiyənin Van şəhərində yenidən zəlzələ baş verib

Hadisə Materials 24 Noyabr 2011 11:31 (UTC +04:00)
Bu gecə Türkiyənin Van şəhərində zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,5 bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.
Türkiyənin Van şəhərində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gecə Türkiyənin Van şəhərində zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,5 bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat və dağıntı olmayıb.

Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Onun qurbanlarının sayı 600 nəfərdən çox olub.

Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Erdemit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti