Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən 467-ci km-də 1992-ci il təvəllüdlü Qazax rayon sakini Mehdiyev Elnur Hüseyn oğlunun idarə etdiyi "VAZ-2106" markalı, 10-DZ-660 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan 1974-cü il təvəllüdlü Yevlax rayon sakini Məsimov Kənan Əcəb oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, 90-NA-373 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində "Mercedes-Benz" markalı avtomobilin sürücüsü və "VAZ-2106" markalı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Qazax rayon sakini Yusifov Kənan Kəmaləddin oğlu hadisə yerində ölüb, "VAZ-2106" markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Faktla bağlı cinayət işi başlanıb.
