Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Qaradağda 3 nəfər dəm qazından boğulub.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə ev 22-də yaşayan 1976-cı il təvəllüdlü Lətifə Hüseynova yaşadığı mənzilin hamam otağında dəm qazından boğulub.
Lökbatan qəsəbəsi, 1-ci massiv, 4-cü keçid, ev 59-da isə Yardımlı rayon sakini 1990-cı il təvəllüdlü Dəyanət Hüseynov və əmisi oğlu, 1989-cu ildə anadan olmuş Yasəf Hüseynov hamam otağında dəm qazından boğularaq ölüblər.
Hər iki faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.