...

Türkiyədə 20 terrorçu məhv edilib

Hadisə Materials 19 Dekabr 2011 17:17 (UTC +04:00)
Diyarbəkir şəhərində terrorizmlə mübarizə çərçivəsində aparılan əməliyyat zamanı Türkiyənin təhlükəsizlik qüvvələri 20 silahlını məhv edib.
Türkiyədə 20 terrorçu məhv edilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Tağıyeva/

Diyarbəkir şəhərində terrorizmlə mübarizə çərçivəsində aparılan əməliyyat zamanı Türkiyənin təhlükəsizlik qüvvələri 20 silahlını məhv edib. Bu barədə bazar ertəsi Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Əməliyyat Görese dağında aparılır. Ehtimal edilir ki, bu yerlərdə təxminən daha 50 terrorçu var.

Avqust-sentyabr aylarında Türkiyə HHQ PKK yaraqlılarının Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra mütəmadi olaraq terrorçuların hədəflərinə aviazərbələr endirib. Nəticədə 300-dən çox yaraqlı məhv edilib. Türkiyə ordusunun Baş qərargahı bəyan edib ki, İraqın şimalında separatçıların fəaliyyətini diqqətlə izləyəcək və yeni hədəflər aşkarlanarsa, hava əməliyyatları həyata keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti