...

Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulub

Hadisə Materials 5 Yanvar 2012 12:33 (UTC +04:00)
Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulub.
Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulub

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulub.

Respublika Prokurorluğunun mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti