...

Azərbaycanın xalq artistinin qardaşı həbs olunub

Hadisə Materials 13 Yanvar 2012 10:15 (UTC +04:00)
Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşı dələduzluğa görə həbs olunub.
Azərbaycanın xalq artistinin qardaşı həbs olunub

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşı dələduzluğa görə həbs olunub.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, tikinti sahəsində fəaliyyət göstərən Kazımov Kazım Ələsgər oğlu Bakıda bir mənzili bir neçə nəfərə sataraq vətəndaşlara qarşı dələduzluq etməkdə günahlandırılır.

Barəsində həbs qətimkan ttədbiri seçilmiş Kazımov Cinayət Məcəlləsinin dələduzluq (178.3.2: 178.2.4) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti