Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Pnevmatik tapançadan atəş açaraq vətəndaşı yaralayıb hadisə yerindən qaçmış şəxs tutulub.
Trend-in şənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də Azər Mehdiyevi pnevmatik tapançadan atəş açaraq yaralayıb hadisə yerindən qaçmış Zaur Məlikov tutulub.
Məlikovdan 1 ədəd R-23 markalı tapança götürülüb.