...

Bakıda fəhlə daş karxanasında daşkəsən maşına düşüb

Hadisə Materials 6 Mart 2012 09:38 (UTC +04:00)
Bakıda daş karxanasında ölüm faktı qeydə alınıb.
Bakıda fəhlə daş karxanasında daşkəsən maşına düşüb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda daş karxanasında ölüm faktı qeydə alınıb.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 5-dən 6-na keçən gecə, saat 01:15 radələrində "Vulkan" daş karxanasında "Qaladaşkəsən" MMC-də kombaynçı-maşinist işləyən 41 yaşlı Gədəbəy rayon sakini Əfqan Qurbanov daşkəsən maşının fırlanan kardanına ilişib.

O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda (162.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti