...

Azərbaycandan 40 min dollardan artıq valyutanın qanunsuz aparılmasının qarşısı alınıb

Hadisə Materials 13 Mart 2012 15:50 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi tərəfindən fevralda və martın əvvəllərində ölkədən 40 min dollardan artıq valyutanın qanunsuz aparılmasının qarşısı alınıb.
Azərbaycandan 40 min dollardan artıq valyutanın qanunsuz aparılmasının qarşısı alınıb

Azərbaycan, Bakı 13 mart /Trend, müxbir M.Əliyev/

Dövlət Gömrük Komitəsi tərəfindən fevralda və martın əvvəllərində ölkədən 40 min dollardan artıq valyutanın qanunsuz aparılmasının qarşısı alınıb.

DGK-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirblər ki, 2012-ci ilin fevralında, eləcə də mart ayının əvvəllərində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alıb.

Sözügedən şəxslərdən, Azərbaycan Respublikasının vətəndaşları - Azər Abdullayevdən Bakı-Dubay aviareysi ilə uçmaq istəyərkən 4500 ABŞ dolları, Şamxal Paşayevdən (Bakı-Dubay) 3000 ABŞ dolları, Asəf Heydərovdan (Bakı-Doha) 4500 ABŞ dolları, Nüsrət Heydərovdan (Bakı-Doha) 3000 ABŞ dolları, Elvin Məmmədovdan (Bakı-Doha) 3000 ABŞ dolları, İsmayıl Hüseynlidən (Bakı-İstanbul) 3500 ABŞ dolları, Şahzadə Sadıqovadan (Bakı-İstanbul) 4000 ABŞ dolları, Mikayıl Cavad-zadədən (Bakı-İstanbul) 3900 ABŞ dolları; Rusiya Federasiyasının vətəndaşları - Yaşa İzrailovdan (Bakı-Moskva) 3000 ABŞ dolları, Rafik Eynullayevdən (Bakı-Novosibirsk) 2200 ABŞ dolları, Ruslan Saxuyevdən (Bakı-İstanbul) 4100 ABŞ dolları və İran İslam Respublikasının vətəndaşı Seyed Bagheri Mohammad Ali Ataollahdan (Bakı-Tehran) 1600 ABŞ dolları, ümumilikdə isə 40300 ABŞ dolları aşkar edilib.

Bütün faktlarla bağlı təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti