...

Bakıda şirkət direktoru cinayət başında yaxalanıb

Hadisə Materials 13 Mart 2012 18:30 (UTC +04:00)
Bakı şəhər sakini Amid Hacıyevin "Oskar Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Bakıda şirkət direktoru cinayət başında yaxalanıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bakı şəhər sakini Amid Hacıyevin "Oskar Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bayramov Hacıyevə "Bank Standard" Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50 min manat pulun 10 min manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanıb.

Onun Bakı şəhərində yaşadığı mənzilindən Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə müvafiq araşdırmalar aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti