...

Azərbaycanda Türkiyə vətəndaşının avtomobilinə atəş açan şəxs saxlanılıb

Hadisə Materials 16 Mart 2012 13:02 (UTC +04:00)
Martın 15-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisindəki "Çingiz" MMC-nin sürücüsü Türkiyə vətəndaşı Sabahattin Özdəmir RPŞ-yə müraciət edərək, mart ayının 14-də saat 17.00 radələrində Yuxarı Seyfəli kəndi ərazisində naməlum şəxsin onun idarə etdiyi "Volvo" markalı avtomaşının istiqamətində atəş açmasını bildirib
Azərbaycanda Türkiyə vətəndaşının avtomobilinə atəş açan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir K.Zərbalıyeva/

Martın 15-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisindəki "Çingiz" MMC-nin sürücüsü Türkiyə vətəndaşı Sabahattin Özdəmir RPŞ-yə müraciət edərək, mart ayının 14-də saat 17.00 radələrində Yuxarı Seyfəli kəndi ərazisində naməlum şəxsin onun idarə etdiyi "Volvo" markalı avtomaşının istiqamətində atəş açmasını bildirib.

Trend-in cümə günü DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, avtomaşına baxış zamanı güllənin şassi hissəsinə dəyməsi müəyyən edilib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş Çinarlı qəsəbə sakini Hüseyn İsmayılov saxlanılıb və ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür.

Xəbər lenti

Xəbər lenti