...

Bakıda kredit təşkilatında 63 yaşlı qadın özünü yandırıb

Hadisə Materials 19 Mart 2012 10:06 (UTC +04:00)
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən "KredAqro" kredit təşkilatının ofisində 1949-cu il təvəllüdlü Səadət Həsənova üstünə benzin tökərək özünü yandırıb.
Bakıda kredit təşkilatında 63 yaşlı qadın özünü yandırıb

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı şəhərində kredit təşkilatında 63 yaşlı qadın özünü yandırıb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən "KredAqro" kredit təşkilatının ofisində 1949-cu il təvəllüdlü Səadət Həsənova üstünə benzin tökərək özünü yandırıb.

Qadın ağır vəziyyətdə 5 saylı şəhər klinik xəstəxanasına aparılıb.

Yaralı martın 19-da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti