...

Bakıda ağır yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Hadisə Materials 27 Mart 2012 09:19 (UTC +04:00)
Bayramın son günü Azərbaycanda 6 yol qəzası qeydə alınıb. Qəzalarda 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Bakıda ağır yol qəzalarında 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir K.Zərbalıyeva/

Bayramın son günü Azərbaycanda 6 yol qəzası qeydə alınıb. Qəzalarda 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Bakının Xətai rayonu ərazisində 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Xudu Məmmədov küçəsində "Mercedes" markalı minik avtomobili maneəyə dəyib və nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində "Mercedes" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub, iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

İmişlidə Heydər Əliyev prospektində "VAZ 2106" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması zamanı 3 nəfər xəsarət alıb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti