...

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-4) (VİDEO)

Hadisə Materials 20 Aprel 2012 17:54 (UTC +04:00)
Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var.
Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-4) (VİDEO)

Hadisənin təfərrüatları əlavə olunub (ilk xəbər 16:58-də yayılıb)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbirlər K.Zərbalıyeva, İ.İsabalayeva/

Bakıda sərnişin avtobusu yük avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bir neçə saat əvvəl "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında "Mercedes" markalı sərnişin avtobusu "Kamaz" markalı yük maşını ilə toqquşub və aşıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə Trend-ə bildirib ki, hadisə yerində bir naməlum qadın meyiti olub. Həkimlər hadisə yerində 3 yaralıya yardım göstərib, iki nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağırdır.

Şahidlərin hadisə yerindən verdiyi məlumata görə, 3 nəfər ölüb, 30 nəfərə yaxın xəsarət alıb. Hadisəyə səbəb avtobusun yol hərəkət qaydasını pozması olub.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev Trend-ə deyib ki, bu xəstəxanaya qəzada xəsarət almış 7 xəstə daxil olub. Hazırda onların vəziyyəti ağır stabildir. Xəsarət alanlarda, əsasən, ətrafların əzilmələri müşahidə edilir.

Bakı Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev isə Trend-ə deyib ki, hadisə nəticəsində xəsarət alanların sayı hələ tam məlum deyil. Çünki hadisədən sonra yaralanan şəxslər ayrı-ayrı vətəndaşlara məxsus maşınlarla daşınıb.

Klinik Tibbi Mərkəzdən Trend-ə deyilib ki, hadisə nəticəsində xəstəxanaya daxil olan 1957-ci il təvəllüdlü Nahidov Eldar Vahid oğludur. Həmin şəxs sol baldırından xəsarət alıb. Onun ayağı amputasiya olunub.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev isə deyib ki, qəza zamanı 2 nəfər ölüb. Birliyin şöbələrinə 2 meyit daxil olub. Onlardan biri yaşlı qadındır. Onun şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb.

Şahidlərin Youtube-dakı videokadrlarından istifadə edilib

Video Player
Xəbər lenti

Xəbər lenti