...

İlkin məlumatlara görə, Ukraynadakı partlayışda xəsarət alanlar arasında azərbaycanlı yoxdur - səfirlik

Hadisə Materials 27 Aprel 2012 18:20 (UTC +04:00)
Hazırda Azərbaycan səfirliyinə Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partlayışlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb.
İlkin məlumatlara görə, Ukraynadakı partlayışda xəsarət alanlar arasında azərbaycanlı yoxdur - səfirlik

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Hazırda Azərbaycan səfirliyinə Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partlayışlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumat daxil olmayıb. Bu barədə cümə günü Trend-ə diplomatik missiyadan məlumat veriblər.

"Partlayışlar haqqında məlumat alındıqdan sonra səfirlik xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması barədə məsələni aydınlaşdırmaq üçün yerli hüquq-mühafizə orqanları və Ukrayna FHN ilə əlaqədədir. Lakin hələlik xəsarət alanlar arasında azərbaycanlıların olması haqqında məlumat daxil olmayıb", - diplomatik missiyadan qeyd ediblər.

İlkin məlumatlara görə, Dnepropetrovskda işə düşən partlayıcı qurğular əldəqayırma olub. Trend-in məlumatına görə, bu barədə cümə günü Ukraynanın "LİQABiznesİnform" informasiya agentliyi Dnepropetrovsk hüquq-mühafizə orqanlarına yaxın mənbəyə istinadən məlumat verib.

Cümə günü Dnepropetrovskun müxtəlif yerlərində 4 partlayış olub. Ukrayna FHN-in məlumatına əsasən, 27 nəfər xəsarət alıb, 25 nəfər isə xəstəxanaya yerləşdirilib.

Agentlik yazır ki, hər dörd partlayış tramvay yollarının bir xətti boyunca baş verib.

"Partlayıcı maddəni hər yerdə zibil qutusuna qoyublar. İlkin məlumatlara görə, partlayıcı maddə əldəqayırma olub. Çox güman ki, partlayışın təşkilatçıları partlayıcı maddənin qoyulduğu yerlərdə qəlpələrin təsiredici effekt yaradacağını ehtimal ediblər", - mənbə deyib.

Ukrayna DİN-dən məlumat veriblər ki, məhz hansı qurğuların qoyulduğu barədə danışmaq hələlik tezdir, operativ tədbirlər görülür.

"Hadisə yerinə baxış keçirilir və hər hansı dəlillər toplandıqdan sonra bu partlayıcı qurğunun hansı gücdə olduğunu söyləmək olar", - Ukrayna DİN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Sergey Burlakov deyib.

Xəbər lenti

Xəbər lenti