...

Bakıda "VAZ"-ların qənimi olan şəxslər saxlanılıb

Hadisə Materials 30 Aprel 2012 13:25 (UTC +04:00)
Həmçinin həmin şəxslərin 13 müxtəlif markalı avtomobillərdən oğurluq etmələri də məlum olub.
Bakıda "VAZ"-ların qənimi olan şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 30 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda "VAZ"-ların qənimi olan şəxslər saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də oğurluq etdiklərinə görə tutulmuş Emil Dadaşovun və Davud Səmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Zirəddin Ələşova məxsus "VAZ-2106", Mustafa Aslanova məxsus "VAZ-21063", Kərim Kərimova məxsus "VAZ-21074", Rasim Əliyevə məxsus "VAZ-2106", Qoşqar İbişova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırmaları müəyyən olunub.

Həmçinin həmin şəxslərin 13 müxtəlif markalı avtomobillərdən oğurluq etmələri də məlum olub.

Xəbər lenti

Xəbər lenti