...

İran sərhədçiləri təlimlər zamanı 700 əcnəbini həbs edib

Hadisə Materials 1 May 2012 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir T.Cəfərov/

İran sərhədçiləri Fars körfəzi və Oman dənizində keçirdiyi geniş miqyaslı təlimlər zamanı su sərhədini qanunsuz keçən 700 əcnəbini həbs edib. Bunu İranın sərhəd polis komandirinin müavini Əhməd Gəravənd deyib. Bu barədə Trend çərşənbə axşamı IRINN telekanalına istinadən məlumat verir.

Gəravəndin sözlərinə görə, təlimlər zamanı bir ton narkotik maddə, bir milyon üç yüz min litr müxtəlif növ yanacaq, 16 ədəd müxtəlif növ silah müsadirə olunub, 600-dən çox qanunsuz fəaliyyət göstərən gəmi saxlanılıb.

İran sərhədçiləri aprel ayının 28-dən Sistan və Bəluçistan, Buşəhr, Hörmüzgan və Xuzistan sahillərində beş günlük hərbi təlim keçiblər.

Təlimlərdə sərhədçilərin istifadəsinə verilmiş modern hərbi texnika, radarlar, gəmilər, qayıqlar və digər texnologiyalar sınaqdan keçirilib.

Xəbər lenti

Xəbər lenti