...

Portuqaliyada iki qatarın toqquşması nəticəsində 20 nəfər xəsarət alıb

Hadisə Materials 2 May 2012 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Portuqaliyanın paytaxtı Lissabon şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində 20 nəfər xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü şəhərin Mülki Müdafiə Xidmətinin rəhbəri Elişio Oliveyra bildirib.

"Əldə etdiyimiz son məlumatlara görə, 20 nəfər yüngül xəsarət alıb", - Oliveyra deyib.

Bir müddət verilən məlumatda bir neçə nəfərin xəsarət aldığı bildirilirdi, lakin dəqiq say açıqlanmırdı.

Qatarların toqquşması çərşənbə günü yerli vaxtla saat 14:00-da Lissabon yaxınlığındakı Kaşiaş vağzalında baş verib.

Qatarlardan biri stansiyada dayanan qatarla toqquşub.

Xəbər lenti

Xəbər lenti