Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın Şəki şəhərində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ bu gün yerli vaxtla saat 14:58-də Şəkidən 14 km qərbdə qeydə alınıb.
Zəlzələ episentrdə 5 bal, episentrə yaxın yaşayış məntəqələrində isə 3-4 bal hiss olunub.
İnsan tələfatı yoxdur.