Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/
Zaqatalada mayın 7-dən 15-dək baş verən zəlzələlər zamanı 485 ev dağılıb.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, zəlzələ zamanı rayonun 56 yaşayış məntəqəsində 6464 ev və 204 sosial obyekt qəzalı vəziyyətə düşüb.
Zəlzələ zamanı qəzalı vəziyyətə düşən və dağılan evlərdən 6949 ailə köçürülüb. Onlarda 3980 ailə çadırlarda yerləşdirilib, qalan ailələr isə digər yerlərdə müvəqqəti məskunlaşıblar.
Zəlzələdən zərər çəkən 2823 ailəyə ərzaq yardımı edilib.
Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə rayonda 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir.
Dünən isə Zaqatalada 3 zəlzələ qeydə alınıb.