...

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 22 May 2012 11:14 (UTC +04:00)
Bakı polisi avtomobildən 14 min manat oğurlayan şəxsi saxlayıb.
Bakıda avtomobildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi avtomobildən 14 min manat oğurlayan şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 6-da 20 Yanvar küçəsində Bakı şəhər sakini İmdad Əhmədova məxsus "Hyundai" markalı avtomobilin yük yerindən açar seçmə yolu ilə 14 min manat oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin və 19-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini Elsevər Abdullayev mayın 21-də tutulub.

Xəbər lenti

Xəbər lenti