...

Dövlət Sərhəd Xidmətinin əsgərləri arasında silahlı insident olub, iki əsgər ölüb

Hadisə Materials 23 May 2012 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidmətinin əsgərləri arasında silahlı insident olub.

DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumat görə, İranla sərhəddə yerləşən Göytəpə Sərhəd Dəstəsinin İmişli rayonunun Bəhramtəpə qəsəbəsində yerləşən sərhəd zastavasında Sərhəd Qoşunlarının əsgərləri - 1993-cü il təvəllüdlü Əliyev Rahib Nazim oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Tural İzzət oğlunun meyitləri aşkar edilib.

Mətbuat mərkəzindən bildirilib ki, əsgərlər arasında qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlərdən biri o birini vurub, sonra isə özünü öldürüb.

Hazırda faktla bağlı Lənkəran hərbi prokurorluğunda araşdırma aparılır.

Əsgər Rahib Əliyev Şəmkir, Tural Kazımzadə isə İsmayıllı rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Xəbər lenti

Xəbər lenti