...

Yevlaxda ağır yol qəzası: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 31 May 2012 09:32 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Aran-Mingəçevir yolunun 8-ci kilometrliyində Mingəçevir şəhər sakinləri Rafiq Sadıqovun (1956) idarə etdiyi QZ 31 markalı avromobillə Vəli Sadıqovun (1953) idarə etdiyi VAZ 2107 toqquşub.
Yevlaxda ağır yol qəzası: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/

Yevlaxda ağır yol qəzası olub, ölənlər və xəsarət alan var.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Aran-Mingəçevir yolunun 8-ci kilometrliyində Mingəçevir şəhər sakinləri Rafiq Sadıqovun (1956) idarə etdiyi "QAZ 3105" markalı avromobillə Vəli Sadıqovun (1953) idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub.

Nəticədə "QAZ 3105"-in sürücüsü və sərnişini Çingiz Mahmudov (1955) hadisə yerində keçinib, Rafiq Sadıqovun həyat yoldaşı Gülnaz Sadıqova (1962) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti