...

Yardımlı rayonunda idarəetməni itirən avtomobil evə çırpılıb, ölənlər var

Hadisə Materials 10 İyul 2012 06:40 (UTC +04:00)
Yardımlı rayonunda idarəetməni itirən avtomobil evə çırpılıb.
Yardımlı rayonunda idarəetməni itirən avtomobil evə çırpılıb, ölənlər var

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Yardımlı rayonunda idarəetməni itirən avtomobil evə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, Yardımlı rayonu, Bozayran kəndində (rayon mərkəzindən 8 km aralı) yol-qəza hadisəsi nəticəsində "Niva" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı evə çırpılıb.

Nəticədə "Niva" markalı avtomobilin yanar hissələri və vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan bir mərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1980-ci il təvəllüdlü Ə.İ.Quliyev və avtomobildə olan sərnişin 1973-cü il təvəllüdlü İ.İ.Quliyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Digər sərnişin 2004-cü il təvəllüdlü Quliyev Ayxan Rizvan oğlu ağır bədən xəsarətləri ilə xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti