...

Bakıda əqrəblərin "inqilabı"

Hadisə Materials 26 İyul 2012 11:09 (UTC +04:00)
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, dünən əqrəb sancması ilə bağlı stansiyaya edilən müraciətlərdən 3-ü Qaradağ rayonu, biri Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən daxil olub.
Bakıda əqrəblərin "inqilabı"

Azərbaycan, Bakı, 26 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda 4 nəfəri əqrəb sancıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, dünən əqrəb sancması ilə bağlı stansiyaya edilən müraciətlərdən 3-ü Qaradağ rayonu, biri Binəqədi rayonunun Sulutəpə qəsəbəsindən daxil olub.

Onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

Stansiyadan bildirilib ki, iyulun 25-də Qaradağ rayonu ərazisindəki çimərlikdə 22 yaşlı gənc oğlan batıb. Onun cəsədi sudan çıxarılıb.

Buzovna çimərliyində isə 18 yaşlı qız xilas olunub və ona ilkin tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti