...

Türkiyədə silah anbarında baş vermiş partlayışda 25 əsgər ölüb

Hadisə Materials 6 Sentyabr 2012 10:44 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamaya əsasən, dünən axşam Afyonkarahisar vilayətində silah anbarında baş vermiş partlayışda 25 əsgər ölüb.
Türkiyədə silah anbarında baş vermiş partlayışda 25 əsgər ölüb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir R.HAfizoğlu/

Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamaya əsasən, dünən axşam Afyonkarahisar vilayətində silah anbarında baş vermiş partlayışda 25 əsgər ölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telakanalı xəbər verib.

Dünən axşam saatlarında Türkiyənin Afyonkarahisar vilayətində silah anbarında partlayış baş verib. Patlayışın baş vermə səbəbi araşdırılır. Afyonkarahisar valisinin verdiyi açıqlamaya görə, partlayış terror aktı deyil.

Xəbər lenti

Xəbər lenti