...

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib

Hadisə Materials 6 Sentyabr 2012 12:58 (UTC +04:00)
Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib
Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 22:00 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini İsmayıl İsmayılov "KİA" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Murad İsmayılzadəni vurub. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Dünən saat 21:30 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən Qazax rayon sakini Musa Hüseynov vurulub.

Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Sentyabrın 5-də saat 17:30 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Elnur Kərimov "Lexus" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Elvina Ovçinikovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti