...

Azərbaycanda avtomobil oğruları tutulublar

Hadisə Materials 7 Sentyabr 2012 13:33 (UTC +04:00)
Azərbaycanda avtomobil oğruları tutulublar
Azərbaycanda avtomobil oğruları tutulublar

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycanda avtomobil oğruları tutulublar.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Şirvan şəhəri ərazisindən Sabirabad rayon sakini Koroğlu Muradova məxsus "Mercedes" markalı avtomaşın qaçırılıb.

Avtomaşının Zəngilan rayon sakini Adil İsmayılov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilib.

İsmayılov Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılıb.

Avqustun 5-də Hacıməhəmməd Sulxayevə məxsus qaçırılmış "VAZ-21011" markalı avtomaşın sentyabrın 6-da Bakıxanov qəsəbəsi ərazisində maqnitofonu oğurlanmış vəziyyətdə tapılıb.

Xətai RPİ 36-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Qiyaməli Bayramov və Bakı şəhər sakini Pərviz Quluyev saxlanılıb.

Xəbər lenti

Xəbər lenti