...

İranda piyada keçidinin eskalatorunda 19 məktəbli yaralanıb

Hadisə Materials 8 Oktyabr 2012 10:02 (UTC +04:00)
Bu gün İranın Məşhəd şəhərində piyada keçidində quraşdırılmış eskalatorda baş vermiş hadisə zamanı 19 məktəbli və 2 müəllim xəsarət alıb.
İranda piyada keçidinin eskalatorunda 19 məktəbli yaralanıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Məşhəd şəhərində piyada keçidində quraşdırılmış eskalatorda baş vermiş hadisə zamanı 19 məktəbli və 2 müəllim xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Tabnak xəbər portalı məlumat verir.

Piyada keçidində yuxarı qalxan eskalatorda məktəblilərin bir neçəsinin paltarı pillələrin arasında qalıb. Bu zaman eskalatorda olan təxminən 20-25 nəfər bir-birinin üstünə yıxılıb. Hadisə zamanı 19 məktəbli və iki müəllim yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.

Xəbər lenti

Xəbər lenti