...

Tovuzda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Hadisə Materials 15 Oktyabr 2012 09:32 (UTC +04:00)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Tovuzda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, ölən var

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Tovuzda sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Düz Cırdaxan kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1969-cu il təvəllüdlü Bayramov İlkin Sabir oğluna məxsus "Nissan Sunny" markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sahibi Bayramov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti