Azərbaycan, Bakı, 18 oktyabr / Trend, müxbir R.Hafizoğlu/
Suriyanın Deyr əl-Zur şəhərində qaz kəmərinə silahlı hücum edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Suriyanın SANA agentliyi xəbər verib.
Məlumata görə, insident nəticəsində yanğın baş verib.
Agentlik xəbər verir ki, bununla əlaqədar qazın verilməsi dayandırılıb və yanğının söndürülməsi üçün tədbirlər görülür.